Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorov vəfat edib

Rusiyanın dünya şöhrətli alimi, Nobel mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorov 88 yaşında vəfat edib. Qeyd edək ki, görkəmli alim, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə tanınmış mütəxəssis Jores Alfyorov 1991-ci ildən indiyə kimi REA Sankt-Peterburq Elmi mərkəzinin Rəyasət Heyətinin sədri, 25 aprel 1990-cı ildən isə […]

E L A N

06.03.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi f.-r.e.n., dos. Miqdad İmdad oğlu İsmayılov “Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda məruzə edəcəkdir. Məruzədə L p)( – π; π), p > 1, grand-Lebesgue fəzalarda G p)( – π; π) alt fəzası təyin edilir.  [-π; π] parçasında kəsilməz finit funksiyalar C 0∞ [ – π; π ] çoxluğunun G p)( – π; π) fəzasında sıx […]

Azərbaycan alimlərinin məqaləsi yüksək dərəcəli beynəlxalq elmi jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və həmin institutun əməkdaşı Məlik Saminin həmmüəllifləri olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Dynamical and Control Systems”  0.693 impakt faktorlu elmi jurnalda dərc edilib. “İdarəedicidə gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri” adlı məqalədə idarəedicidə gecikməsi […]

E L A N

7 mart 2019-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə tədbir keçirələcək. Tədbirdə Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası – Nürəddin Əzulla […]

“Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Əlizadə Fidan Asif qızı “Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğu” mövzusunda məruzə edib. Məruzə Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğuna […]

“Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) və onlarla təsvir olunan optimal idarəetmə […]

Faydalı linklər