17/05/2018
Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi 2018-ci il üçün “Yaşıl İstedadlar” müsabiqəsi elan etmişdir. Müsabiqədə davamlı inkişaf sahəsi üzrə hazırda magistratura/doktorantura pilləsində təhsil alan və yaxud son 3 il ərzində magistr/fəlsəfə elmləri doktoru dərəcəsini almış, həmçinin mükəmməl ingilis dilini biliklərinə sahib olan namizədlər iştirak edə bilər. Müsabiqədə iştirak üçün sənədlər (online ərizə forması, tövsiyyə və […]
18.05.2018-ci il saat 11:00 “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tədbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlu “Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çoxölçülü riyazi-fizika məsələlərinə tədbiqi” məruzə edəcəkdir. Məruzə Laplas-Furye inteqral çevrilməsindən sonra dəyişməz qalan analitik funksiyaların çoxölçülü riyazi-fizika məsələlərinin həllərinin qurulmasına həsr olunmuşdur. © Bütün hüquqlar […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi r.ü.f.d., dosent Aydın Şükürov “Cırlaşan əmsallı eksponensial və triqonometrik sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edib. Məruzədə: Makenhoupt şərtini ödəməyən xüsusi çəki halında çəkili eksponensial sistemin Lebeq fəzalarında tamlıq, minimallıq və bazisliyinin araşdırılması; Baxılan sistemdən element kənarlaşdırmaqla alınan sistemin tam […]
17/05/2018
21 may 2018-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutun Akt zalında institutun Qadınlar Şurasının iclası keçirələcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib. Məruzədə sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar vasitəsi ilə təsviri […]
18.05.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlunun “Laplas – Furye-inteqral çevriməsindən sonra dəyişməz qalan analitik funksiyaların köməyi ilə çoxölçülü riyazi-fiziki məsələlərin həllərinin qurulması” mövzusunda məruzəsi olacaqdır. Məruzə Laplas – Furye-inteqral çevriməsindən sonra dəyişməz qalan analitik funksiyaların köməyi ilə çoxölçülü riyazi-fiziki […]