04/05/2018
Hərəkət haqqında. Nəsirəddin Tusi də qədim alimlərin əksəriyyəti kimi istənilən dəyişməni hərəkət adlandırır. Zenon və onun davamçıları hərəkətin varlığını inkar edirdilər. N.Tusi Zenon və onun davamçılarının iddialarını çoxlu məqamlarda cavablandırmışdır. Hərəkət və sükunət cismin məkan etibarı ilə ayrılıqda (təklikdə) halı, birgəlik və ayrılıq isə cismin digər cisimlərlə qarşılıqlı münasibətindən irəli gələn halıdır. Bir nəzərə əsasən, […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edib. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün […]
04.05.2018-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Mehriban Əli qızı Məmmədovanın “Anizotrop içi boş silindrin burulmada uzunmüddətli dağılması” mövzusunda məruzəsi olacaqdır. Məruzədə radius boyu dəyişən sürüşmə modulu olan boş silindrik valın burulmada səpələnmiş dağılma prosesi tətbiq olunacaq. Dağılma cəbhəsinin hərəkət tənliyi […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03.05.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret […]
02/05/2018
9-24 oktyabr 2018-ci il tarixlərdə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək. Festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Bu gün AMEA-nın Əsas binasında […]