Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub

Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub. imm.az  “azertag.az” saytına istinadla xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən “Intel ISEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə təhsil nazirinin vəzifələrini icra […]

Mirzə Fətəli Axundov kim idi?

Mirzə Fətəli Axundov kim idi? -Mirzə Fətəli Axundzadə (Axundov) 1812-ci ildə Şəkidə anadan olmuşdur. 1814-cü ildə ailəsi Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşdür. 1825-ci ildə anası ilə Nuxaya (Şəkiyə) qayıtmışdır. 1832-ci ildə Gəncəyə gedib Fətəli burada məntiq və fiqh elmlərini, habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənmişdir. 1833-cü ildə Nuxada açılmış rus məktəbində oxumuşdur. […]

Azərbaycan Milli Elmlər Akademiyasında 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib

Fevralın 14-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin […]

E L A N

16.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixəttli sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcək. Məruzədə multixəttli sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu müzakirə ediləcək. © […]

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın […]

E L A N

Hörmətli seminar iştirakçıları, 14 fevral  saat 10:00-da keçirilməsi nəzərdə tutulan  Ümuminstitut seminarı təxirə salınmışdır. Növbəti seminar 21 fevral tarixində keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edəcək. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi […]

Faydalı linklər