Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

16.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixəttli sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcək. Məruzədə multixəttli sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu müzakirə ediləcək. © […]

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın […]

E L A N

Hörmətli seminar iştirakçıları, 14 fevral  saat 10:00-da keçirilməsi nəzərdə tutulan  Ümuminstitut seminarı təxirə salınmışdır. Növbəti seminar 21 fevral tarixində keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edəcək. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi […]

Məhəmməd ağa Şahtaxtlı kimdir?

– Məhəmməd ağa Şahtaxtlı (1846-1931) kimdir? Əlifba islahatı sahəsində Mirzə Fətəli Axundovun məsləkdaşlarından Biridir. O, Şərqdə əlifba islahatı tarixində ilk kitabı – “Təkmilləşmiş müsəlman əlifbeyi”ni 1879-cu ildə Tiflisdə nəşr etdirmişdi. Şaxtaxtlı (Şaxtaxinski) Məhəmməd ağa Məhəmməd Tağı Sultan oğlu Naxçıvanın Şaxtaxtı kəndində anadan olmuşdur. Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) bitirdikdən sonra, Peterburqda […]

“Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda məruzəsi olub. Məruzədə Kantoroviç operatorunun Lebeq fəzalarında maksimal funksiya vasitəsi ilə bəzi qiymətləndirmələri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Bu gün mexanika sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin doğum günüdür

Yusif Əmən oğlu Əmənzadə 1914-cü il fevralın 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda assistentlikdən kafedra […]

Faydalı linklər