Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
15/12/2017
Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunda Rəstəcə kəndində anadan olmuşdur. O, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş və 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin riyaziyyat şöbəsinə daxil olmuş, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: dünyada məşhur alim Qeorqiy Yevgenyeviç […]
14/12/2017
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Hər insan tarixin zərrəsidir. Birisi haqqında xatirələrini vərəqlədikcə, nələrisə yada salıb ayrı-ayrı epizodları qələmə aldıqca, həmin şəxslə birgə onun yaşadığı dövrün ictimai mənzərəsini də canlandırmalı olursan. Bu xatirələrin tarixə nə qədər nüfuz edə bilməsi, gələcək nəsillər üçün hansı əhəmiyyəti daşıması isə şəxsiyyətin əhatəsindən, miqyasından asılıdır. Elə adam var ki, […]
15.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
14/12/2017
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun diferensial tənliklər şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dəyişən əmsallı Businesk tənliyi üçün dəqiq sərhəd idarəetməsi” mövzusunda məruzə edib. Məruzədə dəyişən fiziki parametrli Busineks tənliyi üçün dəqiq sərhəd idarəetməsi haqqında danışılıb. Zamanın ixtiyari anında xətti məsələnin dəqiq […]
13/12/2017
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən tədbir keçirilib. Öncə tədbir iştirakçıları akademik Əşrəf Hüseynovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə açaraq akademik Əşrəf Hüseynovun mənalı ömür […]