Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz”  şöbəsinin illik fəaliyyəti haqqında


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz”  şöbəsində 2017-ci ildə plana əsasən təsdiq olunmuş “Harmonik analizin müasir problemləri” mövzusu üzrə altı istiqamətdə elmi tədqiqat işi aparılıb.

İŞ: Subxətti operatorların ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında tədqiqi.
İcraçı: Prof. V.S. Quliyev;

Subxətti operatorların ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında tədqiqi mövzusunda iş davam etdirilir. Hesabat dövründə Hardi-Litlvud maksimal operatoru və onun kommutatorunun ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər alınmışdır. Həmçinin vector qiymətli Hardi-Litlvud maksimal operatorunun ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında məhdudluğu üçün kafi şərtlər tapılmışdır.

2) İŞ: Dəyişən dərəcəli və qarışıq normalı çəkili Lebeq fəzalarında çoxölçülü Hardi operatoru və bəzi tətbiqləri.

İcraçılar: r.e.d., dos. baş e.i. R.Ə.Bəndəliyev, e.i. A.E.Abdullayeva

Qeyd edək ki, hesabat ilində alınmış nəticələr plana uyğun aparılmışdır .
Dəyişən dərəcəli və qarışıq normalı çəkili Lebeq fəzalarında ikiölçülü Hardi operatorunun məhdudluğu üçün kafi şərtlər tapılmış və xüsusi halda bu şərtin meyar olması da göstərilmişdir. Daha dəqiq desək, dəyişən dərəcəli və qarışıq normalı çəkili Lebeq fəzalarında ikiölçülü Hardi operatorunun məhdudluğu üçün çəki funksiyaları üzərinə ümumi halda kafi şərt, xüsusi halda isə meyar alınmışdır. Daha ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər