Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ümuminstitut seminarı keçirilidi.

İyunun 11-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Spektral analiz və diferensial tənliklər”  mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, f-r.e.d., professor Məmməd Bayramoğlu məruzə edib.

E L A N

11.06.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, f-r.e.d., prof. Məmməd Bayramoğlu “Spektral analiz və diferensial tənliklər” mövzusunda məruzə edəcəkdir. Məruzədə öz-özünə qoşma operatorların spektral analizinin inkişafının bəzi mərhələlərindən danışılacaq. Müsbət müəyyən simmetrik operatorların energetik fəzası anlayışı veriləcək və bu tip operatorların Fridrixs mənada genişlənməsi göstəriləcək. Belə genişlənmənin elliptik tip tənliklər üçün sərhəd məsələlərinə […]

Qırğızıstanın “İssık-kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi.

5 – 7 iyunda Qırğızıstanın “İssık-kul” gölünün sahilində Türk Dünyası  Riyaziyyat  Cəmiyyətinin V  Konqresi keçirildi. Konqresdə Türk dünyasından və dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edirdi. Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun  Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, Cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, […]

Riyaziyyat və Mexanika İnstitutununun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının dosenti Elmağa Qasımov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edib.

İyunun 6-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutununun Dissertasiya Şurasında Bakı Dövlər Universitetinin “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının dosenti Elmağa Qasımov riyaziyyat üzrə elmlər doktoruelmi dərəcəsini almaq üçün “Bəzi qarışıq məsələlərin həllinə inteqral çevirmələrin tətqiqi” mövzusunda  dissertasiya işi müdafiə edib. Dissertasiyada alınmış nəticələr 42 işdə öz əksini tapıb.

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın Novorossiysk şəhərində keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir.

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən  Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın  Novorossiysk  şəhərində  keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir. Rövşən  Bəndəliyev konfransda “On boundedness of certain sublinear operator in weighted variable Lebesgue spaces” adlı məruzəsi ilə çıxış etmişdir. Klassik Hardi […]

Iyunun 4-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “ Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı ” mövzusunda Ümuminstitut seminarı keçirildi.

Iyunun 4-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “ Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı  ” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı, f-r.e.n. Miqdad İsmayılov məruzə edib. Qeyd edək ki, son zamanlar tətbiq nöqteyi baxımından freymlərin öyrənilməsinə maraq sürətlə artıb. Freymlərin öyrənilməsində dayanıqlıq məsələsi və freym üzrə bərpaedici düsturun alınması vacib məsələlərdən biridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər