Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Aprelin 3-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin  A-Koşi inteqralı olur. Bu  şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitututnda Elmi Şuranın növbəti iclası keçirildi.

İclasda bir sıra cari məsələlər müzakirə edildi. İnstitutun görkəmli alimlərinin yaradıcılığı haqqında virtual məkanda ətraflı məlumatların yerləşdirilməsi məsələsinin vacibliyi vurğulandı. İclasda Şura üzvləri AMEA-nın həqiqi üzvlüyünə AMEA- nın müxbir üzvü, prof. Rauf Hüseynovun, AMEA-nın müxbir üzvlüyünə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovun namizədliyini irəli sürdülər.

Münhendə professor Məsud Əfəndiyevin yubileyi qeyd edilib.

Münhendə dünya şöhrətli riyaziyyatçı Məsud Əfəndiyevin 60 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti hadisələr” adlı Beynəlxalq konfrans başa çatmışdır. O, ilk Azərbaycanlıdır ki Aleksandr fon Humbold mükafatına layıq görülmüşdür. Konfransda Yaponiya, Avropa, Amerika, Avstraliya, Kanada və Afrikanın aparıcı alimləri və “Springer”, “Birkhauser”, “Gakkotoscho”(Yaponiya), PSSQV (ABŞ)  nüfuzlu nəşrlərin nümayəndələri iştrak etmişdir. Konfransı Bavariya […]

Martın 12-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda  mövzu üzrə “Dalğa dinamikası” şöbəsinin əməkdaşı  f-r.e.d. Nazilə Rəsulova məruzə edib. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduzşəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunub. Məruzədə məlum olub ki, sayı ixtiyari n olan çatlar koordinat mərkəzi ətrafında simmetrik formada yerləşir və onların yayılma sürəti səthi Reley dalğalarının yayılma sürətindən azdır. […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın 2014-cü il üçün 3-cü iclası keçirildi.

clasda gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırıldı, müzakirələr aparılıb qərarlar verildi. Elmi Şuranın qərarına əsasən iki iş: AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Surxay Əkbərov və  Cavanşir Rəşidin;  “Riyazi analiz” şöbəsinin müdiri f-r.e.d, prof. Vaqif Quliyevin işləri Azərbaycan Respublikasının  Dövlət mükafatına təqdim olundu. Daha sonra Türkiyəyə ezam olunmuş “Riyazi analiz” şöbəsinin müdiri, professor Vaqif Quliyev […]

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S.Guliyev 24.02.2014-07.03.2014 tarixlərində Türkiyənin Ankara Universitetində elmi ezamiyyətdə olmuşdur.

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi,  f.-r.e.d., prof. Vaqif S.Guliyev Türkiyənin Ankara Universiteti Matematik bölümündə (Ankara ş.) Ankara Universitetinin professoru Ayhan Serbetci, Kardif və Euroasian Universitetlərinin professoru  Viktor Burenkov və Kardif Universitetinin dosenti Dr. Tamara Tararykova ilə birgə elmi arashdırmalar aparmaq üçün 24.02.2014-07.03.2014 tarixlərində Ankara Universitetində elmi ezamiyyətdə olmuş və “Kəsir Hardi operatorunun Morri-tipli fəzalarda məhdudluğu” mövzusunda birgə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər