Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

17.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda t.e.namizədi Abbasov Elxan “Qazlift quyularının işinin inteqral modelləşdirilməsi ” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə neftin qazlift üsulu ilə çıxarılması prosesinin inteqral modeli qurulur. Quyudibi təzyiqin dəyişməsinin xarakteri və həlqəvi fəzada təzyiq təyin olunur. Lay-quyu sisteminin dinamik əlaqəsindən asılı olaraq qazlift klapanı-nın qoyulma […]

Çeva və Menelay teoremlərinin tətbiqi mövzusunda keçirilən seminar YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi Çeva və Menelay teoremlərinin tətbiqi mövzusunda seminar keçirib. Seminarda Çeva və Menelay teoremlərinin tətbiqi ilə məsələlər həll olunub. Həll olunan məsələlərə mövzular bölməsində baxmaq olar . Linkə keçid edin: Məsələlər >> Seminarı […]

“Diferensial tənliklər” şöbəsinin “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin doktorantı Rzayeva Nigar Abuzər qızı “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı məruzə ilə çıxış edib. Çıxışda hiperbolik tənliklər sistemi üçün Dirixle sərhəd şərtli qarışıq məsələ üzərində araşdırmalar aparılıb. © Bütün hüquqlar […]

E L A N

“Qeyri-harmonik analiz” şöbəsinin “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda seminarı keçiriləcəkdir. 17.05.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d. Əli Abbas oğlu Hüseynli “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda məruzə edəcəkdir. Məruzə klassik triqonometrik və eksponensial sistemlərin çəkili Morrey fəzasında bazislik xassələrinin […]

E L A N

17.05.2017-ci il tarixində saat 12:00-da ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Oblastın bir hissəsində Makenhaupt çəkili p-Laplas tənliyinin həlli üçün Harnak bərabərsizliyi” mövzusunda növbəti seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Sərvan Təhməz oğlu Hüseynov mövzu ilə bağlı məruzə edəcəkdir. Məruzə zamanı Makenhaupt çəkili p-Laplas tənliyinin mənfi olmayan həllərinə baxılacaq və bu həllər üçün Harnak bərabərsizliyi isbat […]

E L A N

17.05.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi» mövzusunda məruzə edəcəkdir. Məruzədə Hausdorff kompaktında təyin olunmuş həqiqi qiymətli kəsilməz funksiyalar fəzasının həmin fəzanın altcəbrləri cəmi şəklində göstəriliş məsələsi təhlil ediləcək, belə göstərilişin mümkünlüyü üçün zəruri və kafi şərtlər haqqında […]

Faydalı linklər