Bu günlərdə Moskva şəhərində OOO “Prondo” nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi–Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A., Muxanov S.A və AMEA RMİ “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə “Ali riyaziyyat” (məsələlər və misallar) beşcildliyin 5.1. cildi çapdan çıxmışdır. Vəsait ФГОС ВПО proqramına əsasən […]
17.05.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Bəzi impuls təsirli hiperbolik sistemlər” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə geniş sinif dominant qarışıq törəməli, impuls təsirli, hamar olmayan əmsallı hiperbolik tənliklər üçün korrekt qoyuluşlu lokal və lokal olmayan sərhəd məsələlərinə həsr edilmişdir. […]
”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin böyük elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Elçin Musa oğlu Məmmədov ”Li qrupu və onun diferensial tənliklərə tətbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı Li qrupu haqqında məlumat verilmiş və onun diferensial tənliklərə tətbiqi göstərilmişdir. Qrupun invariantının köməyi ilə xüsusi törəməli diferensial tənliyin adi diferensial tənliyə […]
15 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Rzayeva Nigar Abuzər qızı “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı məruzə ilə çıxış edəcəkdir. Çıxışda hiperbolik tənliklər sistemi üçün Dirixle sərhəd şərtli qarışıq […]
“İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda elmi-populyar mühazirə keçirilib
12/05/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski […]
11/05/2017
Ptolomey Klavdi (87-165) – Qədim Yunan alimi, dünyanın Geosentrik sisteminin banisidir. Ptolomey Klavdi haqqında bioqrafik məlumat çox azdır. Məlumdur ki, Ptolomey Klavdi ömrünün çox hissəsini İskəndəriyyədə keçirmiş, burada astronomik müşahidələr aparmışdır. Əsərləri astronomiyanın, coğrafiyanın və optikanın inkişafına böyük təsir göstərmişdir. Ən mühüm əsəri 13 kitabdan ibarət “Almagest”dir (Böyük Toplu). Birinci kitabda düzxətli və sferik triqonometriya, […]