07.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
07.04.2017-ci il tarixində saat 12:00-da “Maye və qaz mexanikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov “Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda məruzə edəcək. Məruzədə, elektrikkeçiriciliyə malik qazlı maye sistemlərində axında yaranan elektrostatik potensialın qaz qabarcıqlarının yaranması və genişlənmədə radiusunun dəyişilməsinə təsirinə baxılır. Alınmış tənliklər sistemini ədədi üsulla […]
05/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitututnun direktoru, fizika–riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 tarixlərində Rusiya Federasiyasının Elm Təhsil Nazirliyinin Tolyatti Dövlət Universitetinin nəznində keçiriləcək “Riyaziyyat. Təhsil. Mədəniyyət” (K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VII Beynəlxalq konfransa plenar məruzə etmək üçün dəvət […]
Bu gün saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edib. Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilib; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilib. © Bütün hüquqlar qorunur. […]
05/04/2017
Çoxluqlar nəzəriyyəsi Riyaziyyatın çoxluqları öyrənən bölməsidir. Bu nəzəriyyədə çoxluğun elementlərinin təbiəti nəzərə alınmır. Çoxluqlar nəzəriyyəsi çoxluqları qarşılıqlı birqiymətli uyğunluq, nizamlama, çoxluqların inikası kimi münasibətlər baxımından öyrənir. Qarşılıqlı birqiymətli uyğunluq münasibəti təbii şəkildə çoxluğun gücü və kardinal ədədlər anlayışına gətirir; nizam münasibəti transfinit ədədlərə, sonra da transfinit indukasiyaya gətirir. Çoxluqlar nəzəriyyəsinin ən sadə əməlləri çoxluqların birləşməsi […]
Bu gün Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Yavuz oğlu Axundov ”Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər” mövzusunda məruzə edib. Məruzə yarımxətti parabolik və elliptik tip tənliklər üçün bəzi əmsallı tərs məsələlərin Tixonov mənada korrektliyinin tədqiqinə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]