Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda “Elastiklik və plastiklik” şöbəsinin seminarı keçirilib

“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.n., dosent Zeynalova Tamilla Yusif qızı “Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda məruzə edib. Məruzədə əyri strukturlu laylı ortotrop düzbucaqlı lövhənin dayanıqlığında böhran qüvvəsinə strukturdakı əyrilik parametrlərinin təsiri məsələsi müzkirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

26.04.2017-сi il tarixində saat 13.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Rəsulova Nazilə Bilal qızı “Qalın divarlı, düzbucaqlı prizmanın dinamikasına dair söhbətlər” mövzusunda çıxış edəcəkdir. Qalın divarlı, düzbucaqlı yarımsonsuz prizmanın dinamikasına aid məsələlərə baxılır. Ümumiyyətlə fərz edilir ki, en kəsiyində bir cüt qarşı divarın qalınlığı o biri cütdən fərqlidir. Yan divar səthlərində […]

Professor Misir Mərdanovun “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 525-ci qəzetdə “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri çap olunur. Professor Misir Mərdanov: “Hörmətli oxucular, məlumdur ki, beynəlxalq əlaqələr elmin inkişaf etdirilməsində xüsusi yer tutur. Bu baxımdan dünyanın bir çox ölkələrinin elmi qurumları ilə […]

E L A N

26.04.2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edəcəkdir. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə ediləcək. Həmin qiymətləndirmələr t→∞-da və ya t→0-da başlanğıc şərtlərinin Furye əmsallarından asılı […]

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 6-ci mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. 6-cı mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edib. Keçirilən […]

“Riyazi analiz” şöbəsinin “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda məruzəsi olub. Məruzədə ikidəyişənli funksiyanın çəkili kəsilməzlik modulunun əsas xassələrinin isbatı müzakirə edilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər