Bu gün saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib. Seminarda şöbənin professoru Telman Məlikov “Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda məruzə edib. Məruzədə birinci və ikinci tərtib bəzi zəruri şərtlərin alınması şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
14/01/2016
Bü gün görkəmli Azərbaycan riyaziyyatçısı, akademik Zahid İsmayıl oğlu Xəlilovun 105 yaşı tamam olur. Bu münasibətlə 13.01.2016 tarixli Ümuminstitut seminarında, seminarı giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov akademik Zahid Xəlilovu dərin hörmətlə anmış, sonra bir neçə alim akademik Zahid Xəlilov haqqında xatirələrini seminar iştirakçıları ilə bölüşmüşlər. Sonda alimin xatirəsi […]
13/01/2016
15.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Bu ilin ilk seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Hilbert çevirməsinin lokal Morri-Lorentz fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert çevirməsinin lokal Morri-Lorentz fəzalarında məhdudluğu şərh olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
Bu gün ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edib. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji ardıcıllığı qurulmuşdur. […]
12/01/2016
Advances in Applied Mathematics jurnalının 2016-cı il, 73-cü cildində Funksiyalar nəzəriyyəsi şöbəsinin əməkdaşları Vüqar İsmayılov və Rəşid Əliyevin “On a smoothness problem in ridge function representation” adlı məqaləsi çap edilmişdir. Məqalə yaxınlaşmalar nəzəriyyəsi sahəsinin tanınmış mütəxəssisləri A. Pinkus və M. Buhmann-ın qoyduqları “ridge funksiyalarla göstərilişin hamarlığı” məsələsinə həsr olunmuşdur. Məqalədə müəyyən şərtlər daxilində bu məsələnin […]
11/01/2016
13.01.2016-ci il saat 12:00-da АMЕА Riyаziyyаt və Mехаnikа İnstitutunun akt zalında D 01.111 dissеrtаsiyа şurаsının nəzdindəki еlmlər dоktоru dissеrtаsiyаlаrının müzаkirəsi üzrə Elmi tematik sеminаrın növbəti iclasında Aygün Tofiq qızı Orucovanın “Ümumiləşmiş Besov-Morri tipli fəzalarında daxilolma teoremləri” və Aynur Füzuli qızı Əmrahovanın “Sinqulyar inteqral operatorların approksimasiyalarə və onun tətbiqləri” mövzularında 1202.01- “Analiz və funksional analiz» ixtisasında […]