11/03/2016
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və Riss potensialı” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və onun -məhdudluğu haqda məlumat verilib. Riss-Qeqenbauer potensialı daxil edilir və onun inteqral ifadəsi […]
Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Tahir Hacıyev “Bəzi cırlaşan elliptik tənliklər sinfi üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda məruzə edib. Məruzədə xətti və qeyri-xətti cırlaşan elliptik tənliklər üçün sərhəd məsələlərinə baxılıb. Bu tənliklərə həm də elliptik-parabolik tənliklər də deyilir. Bu cür sərhəd məsələlərinin həlli üçün bəzi nəticələr gətirilir. […]
07/03/2016
Tədbiri giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq, xanım əməkdaşları bayram münasibəti ilə təbrik etdi. Xanımlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəfəqiyyətlər arzu etdi. Tədbirdə institutun xanım əməkdaşlarına hədiyyələr təqdim edildi. 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq […]
09.03.2016-cı il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Tahir Hacıyev “Bəzi cırlaşan elliptik tənliklər sinfi üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə xətti və qeyri-xətti cırlaşan elliptik tənliklər üçün sərhəd məsələlərinə baxılır. Bu tənliklərə həm də elliptik-parabolik tənliklər də deyilir. Bu cür sərhəd məsələlərinin həlli üçün bəzi […]
04/03/2016
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Lorentz fəzasında ümumiləşmiş kəsr maksimal funksiya” mövzusunda məruzə edib. Məruzədə Lorentz fəzasında ümumiləşmiş kəsr maksimal operatorun məhdudluğu müzakirə edilib. Belə ki, ümumiləşmiş kəsr maksimal funksiyalar Rza Mustafayev tərəfindən 2016-cı ildə daxil […]
Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edib. Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur. Məruzədə, dəqiq üçölçülü elastiklik nəzəriyyəsi […]