Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə iclas keçirildi..

AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Haciyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Fizika-riyaziyyat elmləri doktoru, Professor Misir Mərdanovun rəhbərliyi ilə keçirilən iclasda institutun elmi şurasının üzvləri və bir qrup əməkdaşıları iştirak edirdilər. Müzakirə zamanı bildirildi ki, qloballaşan dünyada hər bir ölkənin davamlı inkişafını təmin edən sahələrdən biri kimi elmin […]

Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” Beynəlxalq elmi konfransı 21-22 noyabr 2013-cü il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu

Hörmətli həmkarlar! AMEA Riyaziyyat və Mexanika İnstitutu sizi 21-22 noyabr 2013-cü il tarixində keçiriləcək, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” Beynəlxalq elmi konfransında iştirak etməyə dəvət edir. Konfransda iştirak etmək istəyənlərdən məruzə ediləcək işin tezisini disklə birlikdə 2013-cü il oktyabr ayının […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyevin Amerika Birləşmiş Ştatlarının tanınmış nəşriyyatında çap edilmişdir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyevin ABŞ-ın “International Journal of Chemoinformatics and Chemical Engineering, 3 (2) , 107-116, jurnalında 2013 ildə “ Pyusical-Mecanical Model of Fiberous polymerized bar Deformation at the Neck Zone” adlı məqaləsi çapdan çıxmışdır. Məqaləni aşagıdakı linkdə görə bilərsiniz.

ÜMUMINSTITUT SEMINARI HAQQINDA

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2013-cü il sentyabrın 11-dən hər həftənin çərşənbə günü saat 1000-da ümuminstitut seminarı öz fəaliyyətinə başlayır. Burada Respublika alimlərinin və xaricdən gələn mütəxəssislərin riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə məruzələri dinləniləcəkdir. Arzu edənlər iştirak edə bilərlər. Ünvan: Bakı şəhəri, B. Vahabzadə küçəsi 9, Riyaziyyat və Mexanika İnstitutu, 5-ci mərtəbə, akt zalı. […]

AMEA Ruyaziyyat və Mexanika İnstitutunda A.X.Mirzəcanzadənin 85 illik yubileynə həsr olunmuş Beynəlxalq elmi konfransın keçirilməsi

Akademik Azad Xəlil oğlu Mirzacanzadənin respublikamızda və MDB ölkələrində elmin inkişafındakı xidmətlərini, yüksəkixtisaslı kadrlar hazırlanması sahəsindəki çoxşaxəli fəaliyyətini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyası və Başqırdıstan Elmlər Akademiyası 21-22 noyabr 2013-cü ildə AMEA Ruyaziyyat və Mexanika İnstitutunda A.X.Mirzəcanzadənin 85 illik yubileynə həsr olunmuş Beynəlxalq elmi konfransın keçirilməsi haqqında qərar qəbul edilmişdir (AMEA Rayasət Heyətinin 03.07.2013-cü […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 04 sentyabr 2013-cü il tarixli 9 saylı iclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur

1. AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında (AMEA RH-nin Sərəncamı №148, 18.07.2013). Sərəncamda deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 iyul 2013-cü il tarixli 18/14 № -li qərarı ilə AMEA elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə komissiya (bundan sonra – Qiymətləndirmə komissiyası) yaradılmışdır. Qiymətləndirmə komissiyası tərəfindən AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar hazırlanmışdır. AMEA-nın […]

Faydalı linklər