Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elmi-texniki informasiya” şöbəsinin müdiri, Yaqubova Xalidə xanımı 75 yaşı münasibətilə təbrik edirik!


Riyaziyyat və Mexanika İnstitutunun Elmi-texniki informasiya şöbəsinin müdiri, Yaqubova Xalidə xanımın anadan olmasının 75 ili tamam olur. Yaqubova Xalidə Əsədulla qızı 18 sentyabr 1948-ci ildə Şəmkir rayonunda anadan olub. 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumuna, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) kitabxanaçılıq fakültəsinə qəbul olmuşdur.

1977-ci ildən Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitununa işə qəbul edilib. 1992-ci ildən RMİ-da kitabxana müdiri vəzifəsində işləyib.  Hal-hazırda Elmi-texniki informasiya şöbəsinin müdiri vəzifəsində işini davam etdirir.

Xalidə xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. İşdəki nailiyyətlərə görə 2005-ci ildə AMEA-nın 60 illik yubileyində fəxri fərmanla təltif edilmişdir.

İnstitutun kollektivi Xalidə  xanımı 75 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərli nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır!

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər