09/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 12 iyun 2025-ci il tarixində İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2025 il may ayının 31-dək aşağidaki sənədləri təqdim etməlidirlər: 1. Ərizə 2. Şəxsiyyət vəsiqəsinin sürəti 3. Elmi işlərin siyahısı 4. Dissertasiya işinə aid 15 sual Sənədlər […]
07/05/2025
08.05.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir ucu sərbəst olan kvadratik funksionallı variasiya məsələlərində mütləq ekstremum üçün kafi şərtlərin alınması şərh olunacaq. © […]
05/05/2025
07 may 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Seminarda İstanbul Koç Universitetinin professoru Varqa Kələntərov, “Qeyri-xətti dissipativ xüsusi törəməli tənliklərin həllərinin global stabilizasiyası” mövzusunda məruzə edəcək. Məruzədə qeyri- xətti reaksiya – diffuziya tənlikləri, sönümlü qeyri-xətti dalğa tənlikləri və Navier-Stokes-Voigt tənlikləri üçün başlangıç sərhəd […]
30/04/2025
01.05.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə zəif lokal ekstremum üçün zəruri şərtlərin və güclü lokal ekstremum […]
28/04/2025
Hörmətli həmkarlar! 30 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın prezidenti, görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin Elmi şurasının 14 aprel 2025-ci […]
25/04/2025
AHİK Üzvləri Üçün Xüsusi Təklif! Sizi dəyərinin 15% -ni ödəməklə 7 və ya 14 gün ( 3 dəfə gidalanmaqla) tam müalicə paketi təklif edirik -“Bilgəh” kardioloji sanatoriyası – “Abşeron” mədə-bağırsaq sanatoriyası – “Qaranquş” uroloji sanatoriyası – “Günəşli” nevroloji sanatoriyası – “Şıx” sanatoriyası (dayaq –hərəkət sistemi xəstəliklərinin müalicəsi) – Buzovna Fizioterapiya Mərkəzi – Xəzər Turist Bazası […]