Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İbrahimova Səadət xanımı 65 yaşı münasibətilə təbrik edirik!


İbrahimova Səadət Ramiz qızı 06 aprel 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.

İbrahimova Səadət Ramiz qızı 1974-cü ildə Bakı şəhəri V.V.Mayakovski adına 20 saylı orta məktəbi bitirib.

1978 – 1984-cü illərə kimi Azərbaycan SSR EA-nın Əsaslı Kitabxanasında biblioqraf vəzifəsində işləmişdir.

1993-cü ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi uçot işlərinin hazırlanması və ixtisasının artırılması üzrə Tədris Kombinatına daxil olmuş və 1994-cü ildə mühasibat uçotu üzrə tam kursu bitirmiş və ona mühasib ixtisası diplomu verilmişdir.

1994-cü ilin dekabr ayında Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstituna baş laborant vəzifəsinə işə qəbul edilmişdir.

1999-cü ilin sentyabr ayında həmin İnstitutun mühasibatlıq şöbəsinə materiallar üzrə mühasib vəzifəsinə təyin olunmuş və hal-hazırkı günə kimi həmin şöbədə materiallar üzrə mühasib vəzifəsində işləyir.

Səadət İbrahimovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər calışdığı kollektivdə ona böyük hörmət  qazandırmışdır.

İnstitutun kollektivi Səadət xanımı 65 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərlı nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər