Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun doğum günüdür

Yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür. Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına […]

ELAN

Elmi Şura üzvlərinin nəzərinə! 15.01.2025 il tarixində İnstitutun Elmi şurası olacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

15 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında professor Hamlet Quliyev  “Hiperbolik tənliklər üçün optimal idarəetmənin bəzi məsələləri” mövzusunda məruzə edəcək. Məruzədə hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimal idarəedicinin varlığı və optimallığ şərtləri haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Süni zəka yaxın illərdə böyük şirkətlərdə iş yerlərinin ixtisarına səbəb olacaq

Ümumdünya İqtisadi Forumun (WEF) mütəxəssisləri iş proseslərinə süni zəkanı inteqrasiyasının ehtimal olunan nəticələri barəsində hesabatı təqdim ediblər. Mütəxəssislər bu hesabatda ilk dəfə olaraq süni zəkanın iş proseslərinə inteqrasiyasının effektini müsbət faktor hesab etməyiblər. Hesabata əsasən 2030-cu ilə kimi süni zəkanın təsiri nəticəsində dünyanın ən böyük şirkətlərinin 41%-də iş yerlərinin ixtisarı baş verəcək. Daha öncə süni zəka […]

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb?

“2024-cü ildə xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən çox tanınan sənədlər Türkiyəyə aiddir”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Ötən il Türkiyə tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi üzrə verilmiş 19 sənəd tanınıb. Rusiya 9 sənəd ilə bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. […]

ELAN

15 yanvar 2025-ci il tarixində saat 11-00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun 2025-ci ilin ilk Elmi Şurasının iclası keçiriləcək. İclasda 2025-ci ilin elmi-tədqiqat işləri Planının müzakirəsi və təsdiqi nəzərdə tutulur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər