Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Hörmətli həmkarlar, 13-15 mart 2025-ci il tarixlərində Bakı Mühəndislik Universitetində “Mühəndislik Problelərinin Həllində İdarəetmə və Nəzarət” adlı beynəlxalq konfrans (International Conference on Management and Control in Solving Engineering Problems – MaCoSEP 2025) keçiriləcək. Konfransın işçi dili – ingilis dili. Konfrans haqqında ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: macosep.cyber.az/2025/ © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

ELAN

08 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında professor M.A.Sadiqov “Biqabarıq funksiyanın bisubdiferensialı” mövzusunda məruzə edəcək. Məruzədə biqabarıq funksiyanın göstərilişi məsələsinə baxılır, onun xassələri tədqiq olunur və biqabarıq funksiyanın bisubdiferensialı öyrənilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun 75 yaşı tamam olur

Yanvarın 5-i Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun 75 yaşı tamam olur. Məlikov Telman Qulu oğlu, diferensial tənliklər, optimal idarəetmə və variasiya hesabı sahəsində tanınmış mütəxəssis, 1950-ci il yanvarın 5-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Şamaxı rayonu Leninabad kənd (indiki Qobustan rayonu Təklə […]

ELAN

09.01.2025-ci il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiyahesabında kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. […]

“Elm” qəzetinin 2024-cü ildə sonuncu sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2024-cü ilin dekabr ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Yeni tarixi dövrün qüdrətli yaradıcısı” adlı məqalə yer alıb. Bugünkü sayda, akademik İsa Həbibbəylinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın müxbir […]

Faydalı linklər