09/11/2024
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci […]
07/11/2024
Bugün “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dalğa tənliyi üçün qarışıq şərtli sərhəd məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda məruzə edib. Məruzədə baxılan məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, funksionalın infinimumunun sıfıra bərabər olması və funksionalın diferensiallanan olması göstərilərək optimallıq üçün zəruri […]
07/11/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib” başlıqlı informasiya yer alıb. Bugünkü sayda ilk səhifələrdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbrik məktubu, Zəfər Gününə həsr olunan tədbirə dair yazı, eləcə də “Yaşıl dünya naminə həmrəylik – COP29-un […]
07/11/2024
Noyabrın 6-da Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Zəfər gününə həsr edilmiş tədbir keçirdib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, şəhid, qazi ailələri,institutların Həmkarlar Təşkilatının sədrləri iştirak edib. […]
06/11/2024
07.11.2024-cü il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dalğa tənliyi üçün qarışıq şərtli sərhəd məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, funksionalın infinimumunun sıfıra bərabər olması və funksionalın diferensiallanan olması göstərilərək optimallıq […]
06/11/2024
06 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda professor Aqil Xanməmmədov “Modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyi üçün çevirmə operatorları” mövzusunda məruzə etdi. Məruzədə bütün həqiqi oxda modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyinə baxıldı. Çevirmə operatorunun köməyi ilə Yost tipli həllərin inteqral göstərilişləri tapılmışdır. Çevirmə […]