Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

UFAZ elmi seminarı: Haute Alsace Universitetinin professoru Abdenacer Makhloufun 2 noyabr 2022, saat 16:30-da “Rota-Baxter operators on algebras and Beyond” adlı mühazirəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşən Azərbaycan-Fransız Universiteti tədqiqat departmanetinin çərçivəsində elmin təbliği və müxtəlif sahələrdə araşdırmaların gücləndirilməsi məqsədi ilə həftəlik elmi seminarlar təşkil edir. Bu tip mühazirələr seminar iştirakçılarının müxtəlif […]

ELAN

4 noyabr 2022-ci il saat 14:00–da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında 8 Noyabr–Zəfər  Günü ilə əlaqədar institutun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzazədənin təşkilatçığı ilə tədbir keçiriləcək. Tədbirdə hərbi jurnalist, ehtiyatda olan zabit, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Üzeyir Cəfərov iştirak edəcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında  26 oktyabr 2022-ci il tarixində saat 11:00-da  r.ü.f.d., dosent Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Səbinə Sadıqova dissertasiyanın əsas məzmunu […]

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əliyev “Tənliyə və sərhəd şərtinə spektral parametr daxil olduqda ikinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələsinin məxsusi ədədlərinin asimptotik özünü aparması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əliyev “Tənliyə və sərhəd şərtinə spektral parametr daxil olduqda ikinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələsinin məxsusi ədədlərinin asimptotik özünü aparması” mövzusunda məruzə etdi. Məruzədə baxılan sərhəd məsələsinin məxsusi qiymətləri üçün asimptotik düsturlar […]

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Oktyabrın 25-də Azərbaycan  Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər. İclası AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Ümumi yığıncağın müzakirəsinə […]