Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İngilis dili kursların təklifi haqqında elan

Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində akademik ingilis dili kursları təşkil edilir. İngilis dili sertifikatı olan və ya DİM-in dil imtahanlarından keçərək doktorantura və dissertanturaya qəbul olan əməkdaşlardan kursda iştirak etmək istəyənlər 07.10.2022-ci il tarixinədək Application formanı doldurmalıdır. Müsabiqədən uğurla keçənlər həftədə 2-3 dəfə ABŞ-dan olan müəllim tərəfindən keçirilən online […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında 21 oktyabr 2022-ci il tarixli  saat 1100-da Sevinc Məmməd qızı Yusubovanın “Transversal-isotrop sferik örtük üçün elastikiyyət nəzəriyyəsinin bəzi statik və dinamik məsələləri” mövzusunda 2002.01- Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının  07 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da f-r.e.n. Şərif Məmməd oğlu Nəsibovun “Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə elmlər doktoru dissertasiya işinin […]

Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi

Bu gün Riyaziyyat və Mexanika İnstitutunda, Gəncə Dövlət Universitetinin kafedra müdiri dosent İlqar Cabbarovun “Исследования по кратным тригонометрическим интегралам” mövzusunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi. Müzakirədə institutun baş direktoru Misir Mərdanov, direktorun elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov, müdafiə şurasının elmi katibi dosent Əbdürrəhim Quliyev, “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi professor Məmməd Bayramoğlu, […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” və “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin Anım gününə həsr olunan tədbiri, AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş, […]

Elmi seminarın növbəti iclası keçirildi

28 aprel 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçirildi. İclasda Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması […]