Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

15.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz ” şöbəsinin əməkdaşı f-r.e.d. Ziyadxan Seyfəddin oğlu Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dördüncü tərtib qeyri-xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasi-yasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnaların siyahısı.

1.Математические заметки – 2013, т.94, вып.4 2. Математические заметки- 2013, т.94, вып. 3 3. Прикладная математика и механика –  2013, т.77, вып.5 4. Математический сборник- 2013, т.204, № 10 5. Математический сборник – 2013, т.204, № 9 6. Успехи математических наук- 2013,т.68, в.5 7. РЖ.. Математика св. том- 2013, № 11 8. РЖ.. Математика св. […]

ASLAN DİLAN OĞLU QULİYEV 10 yanvar 2014-cü il tarixində “CIRLASAN QEYRİ-XƏTTİ TƏNLİKLƏRİN HƏLLƏRİNİN KEYFİYYƏT XASSƏLƏRİNİN TƏDQİQİ ” mövzusunda 1202.01-Diferensial tənliklər ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.

XÜLASƏ Dissertasiya isi, xüsusi törəməli xətti və kvazixətti elliptik tənliklərin keyfiyyət xassələrinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın əsas nəticələri aşağıdakılardır: Landis- Gerverin məlum orta qiymət teoreminin yeni çəkili və qeyri-xətti analoqu əldə edilmişdir; həllin qradiyentinə və koordinat dəyişəninə görə cırlaşması olan tənliklərin müsbət həlləri üçün yeni artma lemması isbat edilmişdir; cırlaşan kvazixətti elliptik tənliklər üçün izolə […]

PƏRVANƏ MALİK qızı HƏSƏNOVA 10 yanvar 2014-cü il tarixində “İRSI ELASTİK KONSTRUKSİYALARIN DAĞILMA PROSESİNİN ZAMANA GÖRƏ MODELLƏŞDİRİLMƏSİ ” mövzusunda 2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.

Dissertasiya isi, xüsusi törəməli xətti və kvazixətti elliptik tənliklərin keyfiyyət xassələrinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın əsas nəticələri aşağıdakılardır:Dissertasiya işi irsi elastik materialdan hasırlanmış konstruksiyaların uzun müddətli dağılma proseslərinin uyğun model konstruksiyaların dağılma prosesləri vasitəsilə modelləşdirilməsinə həsr olunmuşdur. İşdə aşağıdakı nəticələr alınmışdır.Landis- Gerverin məlum orta qiymət teoreminin yeni çəkili və qeyri-xətti analoqu əldə edilmişdir; Sonsuz müstəvidə […]

29 dekabr 2013-cü il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitunun Əsərləri jurnalının redaksiya heyətinin ilk iclası keçirildi.

İclasda aşağıdakı məsələlər müzakirə olundu: Jurnal haqqında (hansı sahələri əhatə edir, internet saytı və s.); Jurnalın yerli və beynəlxalq redaksiya heyətinin tərkibinin müəyyənləşməsi; Jurnala göndərilən məqalələrə qoyulan tələblər, məqalələrin təqdim olunma qaydaları; Redaksiya heyətinin üzvlərinin göstərəcəyi fəaliyyət haqqında (məqalə təqdim etmək, rəy vermək, digər tanınmış alimləri məqalə təqdim etməyə cəlb etmək və s.);

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2013-cü ili əhatə edən hesabat iclası keçirildi.

Bölmənin akademik-katibi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq İKT ili çərçivəsində bölmənin elmi müəssisələri qarşısında qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söhbət açdı. Bildirdi ki, həyata keçirilən elmi-tədqiqatlar dövlət proqramlarına dəstək verməklə yanaşı, qlobal problemlərin həllinə yönəldilmişdir. Riyaziyyat və Mexanika İnstitutunun hesabatı ilə əlaqədar institutun direktoru,fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov […]

Faydalı linklər