Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Təbrik edirik!

Ümuminstitut seminarında, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Elmi -Texniki Informasiya Laboratoriyasi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Almas Məmmədəli qızı Hüseynbəyovanın 80 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar […]

E L A N

25.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı r.e.d. İlham Vəliyullah oğlu Əliyev “Abstrakt Hilbert fəzasında xətti operatorun məxsusi və qoşulmuş elementlərinin tamlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə sonsuz ölçülü Hilbert fəzasında xətti operatorun məxsusi ədədinin varlığı məsələsindən, bir sinif xətti operatorlar üçün uyğun məxsusı və qoşulmuş elementlərin fəzada sıxlığı məsələlərindən, həmçinin məxsusi […]

E L A N

18.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri,f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Lp(x) and Hp(x) vektor sinifləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Lp(x) və Hp(x) vektor siniflərindən danışılacaq, burada banax fəzasıdır. Bu fəzalar skalyar halda Lebeq və Hardı fəzalarının ümumiləşməsidir. Hardi sinfi üçün iki tərif təklif olunur və onların ekvivalentliyi isbat olunur. Müxtəlif […]

Təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Raisə Kazımovanın 70 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasında elmi ezamiyyətdə olmuşdur.

XÜLASƏ AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasının Pekin Normal Universitetinin professoru Dachun Yangın dəvəti ilə birgə elmi araşdırmalar aparmaq məqsədi ilə 14 Noyabr 2013 il tarixindən 01 Dekabr tarixinə kimi Pekin Normal Universitetində (Pekin ş., Çin Respublikası)15 gün elmi ezamiyyətdə olmuşdur. Prof. Dachun Yang harmonik analizin […]

11 dekabr 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Faydalı linklər