10/12/2025
Sadıqov Misrəddin Allahverdi oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 10 dekabr 1954-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. 1972-ci ildə həmin kənddə orta məktəbi bitirib, ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1977-ci ildə universiteti bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuş və həmin il dissertanturanı bitirdikdən […]
10/12/2025
Mənsimov Kamil Bayraməli oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunda anadan olmuş, 1973-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1974-1978-ci illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1979-cu ildə akademik Cəlal Allahverdiyev və professor Məmməd Yaqubovun rəhbərliyi ilə həmin institutun elmi şurasında “К теории необходимых условий оптимальности в системах с последействием (01.01.02)” […]
10/12/2025
Sadıqov Nüsrət Abdulla oğlu 10 dekabr 1927-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Sadıqov Nüsrət 1946-cı ildə 26 Bakı komissarı (indiki Səbail) rayonu 1 nömrəli orta məktəbini bitirib. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1950-ci ildə həmin fakültəni bitirib, fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Sonra təyinatını Mirbəşir (indiki Tərtər) rayonuna alıb, 1950-1954-cü […]
09/12/2025
Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib. “Azərbaycan müəllimi” xəbər verir bu, bu barədə Nazirlər Kabineti qərar verib. Elm və Təhsil Nazirliyi elmi istehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsüb, nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir. […]
09/12/2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Riyaziyyat və Mexanika İnstitutuna dünyanın aparıcı elmi məlumat platformalarından biri olan “ProQuest Central” akademik informasiya bazasına giriş imkanı təqdim edilmişdir. İnstitut əməkdaşları aşağıdakı link vasitəsilə bazadan istifadə edə bilərlər: https://www.proquest.com/?accountid=223260 “ProQuest Central” müxtəlif elm sahələrini əhatə edən milyonlarla elmi məqalə, jurnal, dissertasiya, kitab və digər informasiya resurslarını […]
08/12/2025
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb. AZƏRTAC xəbər verir ki, fəxri ad Emin Əmrullayevə Tbilisiyə səfəri zamanı GTU-da təqdim olunub. Təqdimat zamanı universitetin rektoru akademik David Qurgenidze qonaqlara Gürcüstan Texniki Universitetinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, tələbələrin […]