31/10/2025
31 oktyabr 1815-ci ildə Almaniyanın Ostenfelde şəhərində doğulan Karl Teodor Vilhelm Veyerstras (Weierstraß Karl Theodor Wilhelm) XIX əsrin ən əhəmiyyətli riyaziyyatçılarından biri kimi tarixə düşüb. Veyerstras hüquq elmlərini Bonn Universitetində, riyaziyyatı isə Münster Universitetində öyrənmişdir. 1856-cı ildən Berlində universitet professoru kimi fəaliyyət göstərmiş və riyazi analiz, funksiyalar nəzəriyyəsi, variasional hesablamalar, diferensial həndəsə və xətti cəbr […]
30/10/2025
OpenAI və Google DeepMind kimi nəhənglər süni intellekt modellərini və hesablama gücünü genişləndirməyə üstünlük verdikləri bir vaxtda, Thinking Machines Lab tədqiqatçısı Rafael Rafailov superintellektin yaradılması üçün alternativ yanaşma təklif edib. O bildirib ki, süni intellektin gələcəyi təlimin həcminə deyil, onun keyfiyyətinə bağlıdır. Onun sözlərinə görə, ilk superinsan səviyyəsində süni intellekt gücü ilə deyil, öz təcrübəsindən öyrənmək və uyğunlaşmaq bacarığı ilə fərqlənəcək. Məhz bu cür sistemlərin […]
30/10/2025
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda “Optimal İdarəetmə” şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev “Birinci tərtib stoxastik hiperbolik tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı təsadüfi […]
29/10/2025
27 -29 noyabr 2025-ci il tarixlərində UNEC-də “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” adlı I beynəlxalq elmi-praktiki konfrans (ICCPEAS2025) keçiriləcək. Konfransın Proqram Komitəsi təqdim olunan məqalələrin həm fundamental, həm də tətbiqi əhəmiyyətinə böyük önəm verir. Konfransın mövzuları mühəndislik və tətbiqi elm sahələrinin geniş spektrini, o cümlədən elektrik və elektronika mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika mühəndisliyi, sənaye […]
29/10/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Tofiq oğlu Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov qonaqları salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin […]
29/10/2025
30.10.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev “Birinci tərtib stoxastik hiperbolik tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə təsadüfi küyün təsiri altında bir […]