Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı, eləcə də Z.Y.Səfərovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb. Bundan əlavə, “Heydər Əliyev irsinə yeni elmi-nəzəri və konseptual baxış”, “Qurtuluşun Heydər Əliyev epoxası”, “Azərbaycan […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

17 iyun 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfov […]

15 İyun  Milli Gurtuluş Günüdür

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu […]

Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi davam edir

8 və 13 İyun tarixlərində Riyaziyyat və Mexanika İnstitutunda   “Riyazi analiz” “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə” ixtisasları üzrə təhsil alan  II kurs  magistrantlar  Əlizadə Bətulə Mahir qızının, Nağıyeva Rübabə İsmayıl qızının, Gülməmmədova Sahilə Firudin qızının, Əliyeva Şəlalə Eynulla qızının  magistrlik dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə elmi rəhbərlər və müvafiq şöbələrin əməkdaşları iştirak etmişlər. Yekunda […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Eminağa Məmmədovun 60 yaşı tamam olur

Eminağa Mirzağa oğlu Məmmədov 12 iyun 1962-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, 1979-cu ildə C.Cabbarlı adına Ərkivan Kənd Orta Məktəbini bitirmiş, 1979-1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlər Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil almış, 1982-1985-ci illərdə Leninqrad Dövlət Universitetinin Riyaziyyat və Mexanika fakültəsində ali təhsilini tamamlamışdır. 1985-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasınin Mexanika və […]

ELAN

22 iyun 2022-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunun elmi seminarında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Coşqun Cəfərov Azərbaycanda iqtisadiyyatın inkişaf tendensiyaları və bu problemin həllinə riyaziyyatn tətbiqləri mövzusunda məruzəsi dinləniləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.