Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademiyanın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib. Alim “TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Qeyd edib ki, bu mötəbər tədbir elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ […]

Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

01.06.2022-ci il tarixində İnstitutun “Maye,qaz və plazma mexanikası” ixtisası üzrə, təhsil alan II kurs magistrant Cəfərova Ülfət Faiq qızı tərəfindən yerinə yetirilmiş dissertasiya  işinin ilkin müzakirəsi “Maye və qaz mexanikası” şöbəsində iştirakı ilə keçirildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA  Riyaziyyat və Mexanika İnstutunun  ED 1.04  dissertasiya şurasının  nəzdindəki elmlər və fəlsəfə  doktoru dissertasiyanın müzakirəsi üzrə Elmi seminarın 03 iyun 2022-ci il tarixli 13 saylı iclasında saat 1100– də Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər […]

ELAN

08 iyun 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Operatorlar ardıcıllığının yığılması haqqında bəzi teorəmlər” mövzusunda məruzəsi olacaqdır. Tutaq ki, A, T və B Banax fəzasında təsir edən məhdud xətti operatorlardır. Məruzədə {AnTBn }  ardıcıqlarının yığılması haqqında bəzi zəruri və kafi şərtlər verilir. Alınan nəticələr […]

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə etdi. Məruzədə elliptik tənliklərin qeyri-standart adlanan funksiyaların Banax fəzalarının normalarının doğurduğu Sobolev fəzalarına  nəzərən həll olunma problemlərinə həsr olunub. […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

31 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu Hacıyev olmuşdur. İddiaçı […]