Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans işə başlayıb

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb, böyük mütəfəkkirin həyatı və elmi fəaliyyəti […]

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb. İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev təcrübə proqramının iştirakçıları ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.  Əvvəlcə “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub. Daha sonra çıxış edən Emin […]

Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında iştirak edib

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi, həmçinin Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfransa alimlər, təhsil siyasətinin icrasında iştirak edən şəxslər, müstəqil tədqiqatçılar, təhsil işçiləri və tələbələr cəlb olunublar. Konfransa tədris və öyrənmə, […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar” başlıqlı yazı təqdim edilib. Bugünkü sayda, ilk səhifələrdə AMEA-da “Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans, Ədəbiyyat İnstitutunda […]

GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!

OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib. Mira Murati, GPT-5-in indiki GPT-4-dən necə fərqlənəcəyini belə xülasə edir: “GPT-3 bəlkə də məktəbəqədər səviyyədə zəkaya sahib idi. GPT-4 ağıllı orta […]

NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil

NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid və kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda qeyd edilib ki, kosmik agentlik planetin asteroid ilə toqquşma halından qorunması üçün lazımi infrastruktura sahib deyil. Hesabatda NASA daxilində planetin asteroid […]

Faydalı linklər