Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“ChatGPT”nin iki yeni versiyası təqdim edildi

“OpenAI” şirkəti “ChatGPT”nin iki yeni versiyasını təqdim edib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar “GPT-5.1 Instant” və “GPT-5.1 Thinking” adlı dil modelləridir. Məlumata görə, ilkin mərhələdə yenilənmələrdən “ChatGPT”nin “Plus” və “Pro” abunəçiləri yararlana biləcəklər. Yeni versiyalar növbəti bir neçə gün ərzində tədricən istifadəçilərə təqdim olunacaq. “GPT-5.1 Instant” modeli sürətə yönəlib və gündəlik ünsiyyət, qısa […]

Alimlər ilk beyin atlası tərtib ediblər

Alimlər beyin hüceyrələrinin müxtəlif növlərinin erkən embrional və döl mərhələlərindən yetkinlik yaşına qədər necə yarandığını və yetkinləşdiyini müəyyən etmək üçün iddialı bir təşəbbüsdə uğur əldə ediblər. Bu biliklər autizm və şizofreniya kimi beyinlə əlaqəli müəyyən xəstəliklərin öhdəsindən gəlməyin yeni yollarını göstərə bilər. Еədqiqatçılar inkişaf edən insan və məməli heyvan beyninin atlaslarının ilk layihəsini tamamladıqlarını bildiriblər. […]

“İlin Alimi – 2025” müsabiqəsinə start verilib

Azərbaycan Elm Fondu “İlin Alimi – 2025” mükafat müsabiqəsinə start verib. “Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkəmizdə elmin inkişafına töhfə vermiş alim və tədqiqatçıların fəaliyyətini qiymətləndirmək, onların elmi nailiyyətlərini ictimaiyyətə təqdim etmək və beynəlxalq elmi əməkdaşlığı gücləndirməkdir. Azərbaycan Elm Fondunun əsas prioritetlərindən biri şəffaflıq və obyektivlik prinsiplərinin tam təmin edilməsidir. Müsabiqənin tam […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda İnstitutun “Riyazi-fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Harnak bərabərsizliyinə dair müxtəlif tənliklər üzrə qısa icmal […]

Bu gün Konstitusiya Günüdür

Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. 30 il bundan öncə müstəqil Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq […]

Azərbaycan riyaziyyatçıları – Arif Babayev

Babayev Arif Əliheydər oğlu, riyazi analiz sahəsində tanınmış alim. 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur, 1952-ci ildə 7 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” şöbəsinə qəbul olmuşdur. 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, elə həmin il əyani aspiranturaya qəbul olmuşdur. Parlaq riyazi istedada malik olduğunu göstərərək, o […]

Faydalı linklər