31/05/2024
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancarla görüşüb. Görüşdən öncə dünya şöhrətli alim AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub. Eyni zamanda AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib, mərkəzin xatirə dəftərinə ürək sözlərini yazan ilk qonaq olub. Görüşdə […]
31/05/2024
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir. Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana”Agent Hospital” olaraq adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə […]
30/05/2024
Avropa Cənub Rəsədxanası (ESO) dünyanın ən böyük yerüstü optik teleskopu üçün “Extremely Large Telescope” (ELT) adlı ilk müşahidə alətinin istehsalına başlayacağını bildirib. Qeyd edək ki, Roma Kolizeyinin ölçüsündə olan nəhəng teleskop Çilidəki Atakama səhrasında dəniz səviyyəsindən 3000 metr yüksəklikdə tikilir. 39 metrlik güzgüsü olan bu teleskop insan gözündən 100 milyon dəfə çox işıq toplamaq qabiliyyətinə […]
30/05/2024
29 may 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Cəfərov “Paraboloid tipli oblastlarda kəsilən əmsallı 2-ci tərtib divergent strukturlu parabolik tənliklər üçün birinci sərhəd məsələsinin həllərinin Hölder fəzasına daxil olması meyarı” mövzusunda […]
30/05/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 Dissertasiya şurasının nəzdindəki 1211.01-Diferensial tənliklər ixtisasında Elmi seminarın 31 may 2024-cü il tarixli saat 12:00-da keçirilən iclasında Həcər Füzuli qızı Mövsümovanın “Operator əmsallı bəzi diferensial tənliklərin izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi İnstitutun akt […]
30/05/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 31 may 2024-cü il tarixli saat 14:00-da iclasında Arəstə Şarıza qızı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01 – […]