Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

22 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Rəşid Əvəzağa oğlu Əliyev “Orliç fəzalarında harmonik analizin bəzi operatorlarının məhdudluğu” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə harmonik analizin əsas operatorlarından olan kəsr-maksimal operatorun, Riss […]

Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib

Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu bu gün öz işini yekunlaşdıracaq. Forumun ikinci günündə elm və təhsil naziri Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, Böyük Britaniyanın Hökumət Akademiyasının direktoru Bar Veinstein, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka […]

Elmi seminarın növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasınının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 21 aprel 2024-cü il tarixli iclasında Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclasın sədri fizika-riyaziyyat […]

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Bildirilib ki, 114 ölkədən 120 nazirin iştirak etdiyi forum “Süni intellektin təşviqi, insan münasibətləri və dayanıqlılığın qurulması, iqlim fəaliyyətinin sürətləndirilməsi. Daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün siyasət və icranı necə prioritetləşdirməliyik?” mövzusuna həsr olunub. […]

Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!

Alimlərin yeni araşdırması iqlim dəyişikliyinin bəzi beyin xəstəliklərində simptomları artırmasına səbəb olduğunu ortaya qoyub. Yeni bir araşdırma, iqlim dəyişikliyi və qlobal istiləşmə ilə beyin xəstəliklərinin əlamətlərinin artdığını ortaya qoyub. İnsult, miqren, meningit, epilepsiya, MS, şizofreniya, Altsheymer və Parkinson kimi xəstəliklərin simptomları, temperaturun artması ilə daha da şiddətli şəkildə müşahidə olunmağa başlanıb. Tədqiqatçılar normadan xeyli kənarda […]

ELAN

22 may 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Rəşid Əvəzağa oğlu Əliyev “Orliç fəzalarında harmonik analizin bəzi operatorlarının məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzə harmonik analizin əsas operatorlarından olan kəsr-maksimal operatorun, Riss potensialının və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğuna həsr olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Faydalı linklər