Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib. Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib. Müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkai 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası […]

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub. Susumu Kitavaga, Richad Robson və Omar M.Yaghi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib. Xatırladaq ki, ötən il kimya üzrə Nobelə David Beyker, Demis Hassabis və Con M.Camper layiq görülüblər. nobelprize.org

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında erkən yaşlardan rəqəmsal səriştələrin inkişaf etdirilməsi, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Son illər ərzində təhsil sisteminin informasiyalaşdırılması və rəqəmsallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu sahədə atılmış məqsədyönlü addımlar nəticəsində şagirdlərin İKT vasitələrinə çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. […]

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında qərar

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında qərarı: Ətraflı:  nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-elm-ve-tehsil-nazirliyinin-  

Alimlərə limitsiz ödənişsiz məqalə dərc imkanı

İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

08 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji qruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələri geniş şəkildə şərh olunub. Alim, bu […]

Faydalı linklər