Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellekt nə vaxt, harada və necə faydalıdır?

Təxminən üç il əvvəl “ChatGPT” təqdim olunduqdan sonra süni intellekt (AI) texnologiyalarının təhsilə təsiri geniş müzakirə olunmağa başladı. Müzakirələrdə, əsasən, bu suala cavab axtarılırdı: süni zəka fərdi təhsil üçün lazımlı alətdir, yoxsa akademik “vicdansızlığa” aparan yoldur? Bəzi təhsil mütəxəssisləri hesab edirlər ki, süni intellektdən istifadə tənqidi düşüncə qabiliyyətinin azalmasına səbəb olacaq. Onların arqumentinə görə, təhsilalanlar […]

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 2025-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilsin. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının […]

Bu ilin I yarısında fəlsəfə doktoru elmi dərəcələri üzrə statistika açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin birinci yarısında fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi və verilməsindən imtina hallarına dair statistik göstəriciləri açıqlayıb. AAK-dan AZƏRTAC-a bildirilib ki, 19 elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçılara müvafiq diplomlar təqdim edilib. Riyaziyyat və astronomiya elmləri üzrə 6, fizika üzrə 13, kimya üzrə 13, biologiya […]

Azərbaycan riyaziyyatçıları – Şakir Yusubov

Yusubov Şakir Şıxı oğlu, optimal idarəetmə sahəsində mütəxəssis, 14 avqust 1959-cu ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. Dəmirli 8 illik kənd məktəbində, 1974-1976-cı illərdə Darbaz kənd orta məktəbində oxumuş və həmin məktəbi qızıl medalla bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. 1984-cü ildən 1987-ci […]

OpenAI GPT-5 versiyasına yeni funksiyalar əlavə edib

OpenAI GPT-5 modelində istifadəçilərlə daha səmimi və təbii danışacaq yeni danışıq üslubu hazırlayır. Bu, əvvəlki GPT-4o modelində bəzən istifadəçiləri narahat edən cavablardan fərqli olacaq. Buradakı “narahat edən” cavab dedikdə, modelin bəzən səhv, uyğun olmayan və ya istənilən tərzdə olmayan cavablar verməsi nəzərdə tutulur. Sem Altman bildirib ki, gələcəkdə istifadəçilər GPT-5-in danışıq tərzini və üslubunu özlərinə […]

Çin bütün gücünü robototexnikaya yönəldib

Pekində Dünya Robot Texnologiyaları Konfransı (World Robot Conference, WRC) açılıb və burada onlarla Çin startapı humanoid (insanabənzər) robotlarını təqdim edib. Tədbir, belə qurğuların kütləvi satışları hələ geniş miqyasda başlamasa da, yerli robot texnologiyalarına investor marağının artdığı bir vaxtda keçirilib. Konfrans çərçivəsində, tədbirin keçirildiyi yerin yaxınlığında Robot Mall – təxminən 50 humanoid modelinin artıq satışda olduğu ticarət məkanı – da açılıb. Sərgidə […]