Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar

Böyük texnologiya şirkətləri, o cümlədən Intel, IBM və Google, vəzifələri süni intellekt vasitəsilə avtomatlaşdırmağa yönələrək müvəqqəti olaraq işçi qəbulunu dayandırırlar. Analitiklər proqnozlaşdırırlar ki, yaxın 5 ildə süni intellekt sahədə məşğulluq strukturunu dəyişəcək. ABŞ texnologiya şirkətləri insan resursları siyasətlərini fəal şəkildə yenidən qurur və üstünlüyü süni intellektə verirlər. Ştatı genişləndirmək əvəzinə, işə qəbul prosesini dondururlar, gözləyirlər ki, süni intellekt yaxın illərdə bəzi […]

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

24–25 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 50-dən artıq beynəlxalq spikerin, 150-yə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir. Sammit çərçivəsində qlobal tədqiqatın […]

Türkiyədə yeni ali təhsil proqramlarının tətbiqinə başlanılır

Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən yeni tədris ilindən məşğulluğu prioritetləşdirən və mövcud tendensiyalarla, ilk növbədə, informatika, süni intellekt, yaşıl iqtisadiyyat, səhiyyə və kənd təsərrüfatında rəqəmsal transformasiya ilə inteqrasiya edən 27 yeni proqramın tətbiqinə başlanılır. Bu proqramlardan üçü bakalavr, 24-ü isə magistr təhsil səviyyələrini əhatə edir və onlar Şura tərəfindən gənclərə təqdim olunan “2025 Ali […]

Azərbaycan riyaziyyatçıları – Ələddin Mahmudov

Mahmudov Ələddin Pirqasım oğlu, qeyri-xətti inteqral tənliklər sahəsində mütəxəssis, 11 avqust 1934-cü ildə Gürcüstan SSR Qarayazı (indiki Qardabani) rayonunun Təzəkənd kəndində anadan olmuş, ibtidai təhsilini 1943-1947-ci illərdə Təzəkənd ibtidai məktəbində almış, 1947-1951-ci illərdə Tatyanovka (indiki Kalininskaya) 8 illik məktəbində, 1951-1952-ci illərdə Tbilisi şəhərinin 37 saylı Azərbaycan orta məktəbində, 1952-1954-cü illərdə Qardabani rayonunun Azərbaycan orta məktəbində […]

Dünya İqtisadi Forumu süni intellektlə bağlı geniş hesabat hazırlayıb

Dünya İqtisadi Forumunun (DİF) son hesabatında bildirilir ki, qarşıdakı bir neçə ildə süni intellekt (AI) təqribən 9 milyona yaxın iş yerinin itirilməsinə səbəb olacaq. Bununla belə, AI həm də işçi qüvvəsinin inkişafı üçün yeni imkanlar yaradır. “Respublika” xəbər verir ki, DİF süni intellektin inkişafının bir neçə aspektdən təhlilini təqdim edib. Etika və ünsiyyət Süni intellekt […]

Alimlər kainatın ilk kimyəvi reaksiyasını yenidən yaradıblar

Araşdırma göstərir ki, helium hidridi ilə neytral hidrogen və deyterium arasındakı reaksiyalar erkən kainat kimyasında əvvəl düşünüldüyündən daha mühüm rol oynayıb. Alimlər kainatın ən ilkin anlarında baş vermiş əsas kimyəvi reaksiyaları yenidən yaratmağa müvəffəq olublar. Onlar ilk ulduzların necə yarandıqlarını anlamağa kömək edəcək təəccüblü nəticələr əldə ediblər. 13.8 milyard il əvvəl baş vermiş Böyük partlayışdan dərhal sonra kainat çox sıx və isti bir […]