Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanda iqtisadi proseslər uğurla davam edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını reallaşdırır. Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsində isə iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və […]

17 Noyabr – Azərbaycanda Milli Dirçəliş Günüdür

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Ötən əsrin axırlarında […]

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə etdi. Məruzədə H Hilbert fəzasında ikinci tərtib elliprik diferensial-operator tənlik üçün kompleks parametr tənliyə və sərhəd şərtlərindən birinə daxil olduqda […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında biofiziki metodların tibbə tətbiqinə dair elmi nəticələr müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Öncə AMEA-nın […]

Görkəmli alim, həndəsə və topologiya üzrə tanınmış mütəxəssis, uzun illər Rusiya EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda çalışmış fizika-riyaziyyat elmləri doktoru, professor Arkadi Anatolyeviç Maltsev 10 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi Azərbaycanda topologiya elminin inkişafında böyük rolu olmuş fizika-riyaziyyat elmləri doktoru, professor Arkadi Anatolyeviç Maltsevin vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. AZƏRTAC xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan […]