Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İki qardaş ölkə – Azərbaycan ilə Türkiyə Qarabağı regionun sülh, əmin-amanlıq məkanına çevirir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri getdikcə möhkəmlənir. Xalqlarımızın eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki qardaş ölkəni vaxt, zaman ötdükcə bir-birinə daha da doğmalaşdırır, sevincli, kədərli günlərdə də biri digərinin yanında olur. Ulu öndər Heydər Əliyevin “bir millət, iki […]

Alimlər Yer kürəsində həyatın nə zaman mümkün olmayacağını açıqlayıblar

Beynəlxalq alimlər komandası neçə ildən sonra Yer kürəsində həyatın mümkün olmayacağını və bunun hansı səbəbə görə baş verəcəyini öyrənib. Kanadadan və Böyük Britaniyadan olan alimlər bu məsələ ilə bağlı tədqiqat aparıblar və həmin tədqiqatın nəticələrinə əsasən iqlim dəyişiklikləri səbəbilə artıq 500 ildən sonra Yer kürəsi həyat üçün münbit şəraitə sahib olmayacaq. Həmin vaxta kimi insan sivilizasiyası faktiki […]

ELAN

27 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, prof. Vəli Məhərrəm oğlu Qurbanov “Kəsilən Dirak operatorunun kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi və bazisliyi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə (0.2П) intervalında kəsilən Dirak operatoruna baxılır. Fərz olunur ki, potensial (0.2П) intervalında cəmlənən kompleksqiymətli matris funksiyadır. […]

İnstitutun magistraturasında dərslər davam edir

25 oktyabr 2021-ci il  tarixində  AMEA  Riyaziyyat  və Mexanika İnstitutunda  “Tətbiqi riyaziyyat”  şöbəsinin müdiri, mexanika  üzrə  elmlər  doktoru  Elxan Abbasov I kurs magistrantlarına “Örtüklər nəzəriyyəsi” fənn üzrə mühazirə oxuyur, həmçinin “Komputer  texnologiyaları  və  riyazi  statistika” söbəsinin  müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Həsən Nağiyev II kurs magistrantlarına ”Hesablama üsulların elmi və texniki məsələlərin həllinə tətbiqi” […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının  29 oktyabr 2021-ci il tarixli iclasında saat 1400 -da Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin bəzi məsələləri və onların tətbiqləri” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında […]

“Elm” qəzetinin yeni sayında Vətən müharibəsinə həsr olunmuş məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 36-cı nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfərlərinə dair məlumat yer alıb. Nəşrin növbəti səhifələrində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində […]