Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Hörmətli həmkarlar! 06 oktyabr 2025-ci il tarixində, saat 14:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edəcək. Tədbir institutun akt zalında baş tutacaq. Əməkdaşların iştirakı vacibdir. © Bütün […]

Azərbaycan riyaziyyatçıları – Misir Mərdanov

Mərdanov Misir Cumayıl oğlu, optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı sahəsində tanınmış mütəxəssis, 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddi illik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki […]

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı keçiriləcək

16-17 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) keçiriləcək. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etməkdir. “Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfrans təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial-humanitar, ictimai […]

Azərbaycan riyaziyyatçıları- Əli Məhərrəmov

Məhərrəmov Əli Musa oğlu, funksional analiz və onun diferensial tənliklər nəzəriyyəsinə tətbiqi sahəsində mütəxəssis, 1952-ci ildən Şidli kənd 7 illik məktəbində oxumuşdur. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1967-ci ildə isə oranı bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1967-1970-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun funksional […]

Azərbaycan riyaziyyatçıları – Niyaz Məmmədov

Məmmədov Niyaz Mustafa oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, diferensial tənliklər sahəsində mütəxəssis, 1940-cı il oktyabrın birində Şəki rayonunun Küngüt kəndində anadan olmuş, orta təhsilini 1947-1957-ci illərdə Baş Küngüt orta məktəbində almış, məktəbi gümüş medalla bitirdikdən sonra 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib […]

Ümuminstitut seminarında üçdəyişənli funksiyaların yaxınlaşması məsələsinə həsr olunmuş məruzə dinlənildi

01 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilmişdir. Seminarda Bakı Dövlət Universitetinin II kurs magistrantı Vüqar Əli oğlu Quliyev “Üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzə zamanı məruzəçi üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşdırılması […]

Faydalı linklər