Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun iki jurnalı Clarivate Analytics şirkətinin «Journal Citation Reports» siyahısına daxil edilmişdir

30 iyun 2021-ci il tarixində Clarivate Analytics şirkəti 2021-ci il üçün «Journal Citation Reports» siyahısını dərc etmişdir. Əvvəlki illərdə həmin siyahıda yalnız impakt faktorlu jurnallar, başqa sözlə Science Citation İndex Expanded (SCİE) bazasına daxil olan jurnallar yer alırdı. Amma bu il «Journal Citation Reports» siyahısında təkcə SCİE bazasındakı jurnallar deyil, həmçinin Emerging Sources Citation İndex (ESCİ) bazasına daxil olan bəzi jurnallar da yer alıb. Siyahıda, o […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 26 İyun […]

Ələt Azad İqtisadi Zonasının yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması ilə bağı bir sıra mühüm layihələr reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlbi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində önəmli göstəricilər əldə olunub. Bu sözləri AZƏRTAC-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük […]

Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 01 iyul 2021-ci il tarixində 1202.01-Analiz  və  funksional  analiz  ixtisası  üzrə, 1211.01-Diferensial  tənliklər  ixtisası üzrə fəlsəfə doktorluq imtahanları keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 30 iyun 2021-ci il tarixli iclasında saat 1400-da Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi […]

Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı heyvan növünü uğurla oyandırdıqlarını elan ediblər. Tədqiqatın təfərrüatları Current Biology jurnalında dərc olunub. Yeni tədqiqat çərçivəsində alimlər Sibirin ekstremal soyuq iqlim şəraitində minilliklər ərzində sağ qalmağı bacarmış rotatoriləri təsvir ediblər. Bu kiçik ölçülü canlı orqanizmin əksər növü şirin sularda, digərləri isə dənizlərdə yaşayır. Bu tədqiqatı aparmış […]