21/09/2023
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 21 sentyabr 2023-cü il tarixində saat 1200-da Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov […]
20/09/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Qeyri-harmonik analiz” şöbəsi üzrə Aparıcı elmi işçi -1 ştat vahidi Kiçik elmi işçi -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Kiçik elmi işçi -1 ştat vahidi “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Elmi işçi -1 ştat vahidi […]
20/09/2023
Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan fərqli olaraq oksigeni daha tez itirirlər. Verilmiş proqnozlara əsasən növbəti 70 il ərzində çay sistemləri aşağı səviyyəli oksigen problemi ilə qarşılaşa bilərlər. Bu isə öz növbəsində bəzi balıq növlərinin ilə bitkilərin məhv olmalarına səbəb olacaq. Yeni tədqiqat Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılıb və Nature Climate Change jurnalında […]
20/09/2023
20 sentyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin Ümuminstitut seminarında İnstitutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov «İki cəbr cəmi ilə yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası» mövzusunda məruzə edib. Məruzədə kompakt metrik fəzada təyin olunmuş kəsilməz funksiyaya iki cəbrlər cəmindən olan ən yaxın elementin […]
19/09/2023
RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Inequalities and Applications” (http://mia.ele-math.com/volume/26) (WoS, IF-1.014) yüksək impakt faktorlu Q2 kateqriyalı jurnalda dərc edilib. “Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal […]
19/09/2023
Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərən, bütün dünyada tətbiqi mexanika və neft-mədən mexanikasının nəzəri və praktik əsasları üzrə fundamental elmi istiqamətlərin banisi, dünya şöhrətli alim, mütəfəkkir, əməkdar elm xadimi akademik Azad Mirzəcanzadənin 29 sentyabr 2023-cü il tarixində anadan olmasının 95 illiyidir. Akademik Azad Mirzəcanzadənin yubileyinə həsr olunmuş “Elmi sessiya” 27 sentyabr 2023-cü il tarixində saat […]