Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AzMİU-da tanınmış alman alimi Holm Altenbachın iştirakı ilə vörkşop keçiriləcək

Hörmətli həmkarlar! Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim Holm Altenbachun iştirakı ilə vörkşop keçiriləcək. Seminar və görüşlərin proqramı: 29 sentyabr (Bazar ertəsi), 10:30 – 13:00“Sürüncəklik mexanikasının tarixi və elmi qrupun nəticələri” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317) 30 sentyabr […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

24 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə çoxdəyişənli funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşdırılması məsələsinin elmi […]

Azərbaycan riyaziyyatçıları- Sabir Mirzəyev

Mirzəyev Sabir Sultanağa oğlu, Operatorların spektral nəzəriyyəsi və operator-diferensial tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 23 sentyabr 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, 1966-cı ildə Masallı şəhər 11-illik məktəbi qızıl medalla bitirmişdir. Riyaziyyat sahəsində bütün uğurları ilə yanaşı professor Sabir Mirzəyevin Azərbaycan məktəbliləri üçün riyaziyyat, xüsusən həndəsə dərsliklərinin hazırlanmasında müstəsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət […]

Süni intellekt və təhsildə hüquqların qorunması

UNESCO tərəfindən “Süni intellekt və təhsildə hüquqların qorunması” adlı hesabat hazırlanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin sentyabr sayında hesabatdan çıxarışlara yer verilib. Hesabatın hazırlanmasında məqsəd texnologiyanın təhsildə tətbiqinin insan hüquqları, sosial ədalət və inklüzivlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməsini təmin etməkdir. Buna baxmayaraq, bu inkişaflar təhsilə universal çıxış hüququnun […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü və “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin İğdır Universitetinin rektoru […]

ELAN

Hörmətli həmkarlar! 28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi tərəfindən əməkdaşlarımız üçün Şamaxıya bir günlük gəzinti təşkil olunur. Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şamaxıda keçiriləcək bu gəzinti sizə təbiət qoynunda istirahət etmək, gündəlik iş rejimindən uzaqlaşmaq və kollektivlə xoş vaxt keçirmək imkanı yaradacaq. Gəzintidə iştirak etmək istəyən əməkdaşlardan Həmkarlar Komitəsinin […]

Faydalı linklər