22/09/2025
24.09.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və […]
20/09/2025
Hüseynov Əşrəf İsgəndər oğlu, inteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində görkəmli alim, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, akademik, 20 sentyabr 1907-ci ildə Cəbrayıl qəzasının (indiki Füzuli rayonu) Əmirvarlı kəndində anadan olmuşdur. Əşrəf Hüseynov 1925-ci ildə orta təhsilini yüksək qiymətlərlə başa vurduqdan sonra Cəbrayıl Rayon Təhsil Şöbəsinin göndərişi ilə ali təhsil almaq […]
20/09/2025
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, nüfuzu və dayanıqlılığı, ilk növbədə, onların hüquqi əsaslarının möhkəmliyindən və suverenlik anlayışının qorunmasından asılıdır. Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual […]
19/09/2025
Rzayev Ramin Rza oğlu, Soft Computing texnologiyası sahəsində mütəxəssis, 19 sentyabr 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1978-ci ildə Sumqayıt şəhəri 11 nömrəli orta məktəbi bitirmiş, 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin əyani şöbəsində oxumuş, 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dissertantı olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetində “Kompleks […]
19/09/2025
Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır. Bu cür proseslər artıq Meta, xAI və Google şirkətlərində müşahidə olunub. Məlumata görə, yaxın zamanda Google-un süni intellekt sahəsindəki məhsulları üzərində – o cümlədən Gemini çat-botu və axtarış nəticələrindəki AI-overviewfunksiyası üzərində – işləyən 200-dən çox şəxs işdən azad edilib. Bunlar şirkətin […]
18/09/2025
18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi […]