Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanışlığına dair məlumat yer alıb. Bundan əlavə, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti […]

Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri yay düşərgələrində təlimdə iştirak edib

İnstitutunun gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən  düşərgələrdə iştirak edib. Avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil […]

6 sentyabr – Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından bir il ötür. Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini […]

ELAN

21 sentyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin  diskret analoqlarının xassələrindən bəhs olunacaqdır. Diskret Hilbert və diskret […]

Azərbaycan alimlərinin yeni texnoloji həlli Vyetnam Sosialist Respublikasının “Belıy Tiqr” (“Vietsovpetro”) neft yatağında sınaqdan keçirilmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsində işlənmiş yeni texnoloji üsul və həllər uzun illərdir ki, neft-qaz hasilatı sahəsində çalışan şirkətlərin maraq dairəsində olmuş və indi də olmaqdadır. Şöbədə yaradılmış çoxsaylı innovativ texnologiyalar Azərbaycanda – SOCAR-ın Neft Daşları, 28 May, N. Nərimanov, Qum Adası, Abşeronneft, Binəqədi, Qarasu; Çin Xalq Respublikasında – Sinopec, […]

İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur

Dəri Xərçəngi Fondunun (SCF) məlumatına görə, dəri xərçəngi dünyada ən çox yayılmış xərçəngdir. İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur. Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. İqlim böhranı yayda temperaturun artmasına səbəb olur və mütəxəssislər bunun dəri xərçənginin, o cümlədən dəri […]

Faydalı linklər