17/05/2022
Bu günlərdə dünyada böyük nüfuzu olan SCImago Journal & Country Rank (SJR), Scopus® verilənlər bazası ( Elsevier BV ) ilə tanış olarkən belə bir maraqlı məlumata rast gəldik. Həmin məlumatda 2022-ci ildə dünyanın 8074 universitet və digər tədqiqat müəssisələrinin fəaliyyəti qiymətləndirilmişdir. Sevindirici haldır ki, o, sıraya Azərbaycandan aşağıdakı səkkiz müəssisənin adı düşmüşdür. Həmin siyahını olduğu kimi Sizə təqdim […]
17/05/2022
“Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı 2021-ci il üzrə Scopus bazasının qiymətləndirilməsində Q2 kvartilində yüksələrək 0,518 impakt faktor almışdır. Həmin jurnal üçün bu göstərici 2020-ci ildə Q3 kvartillə 0.28 impakt faktor olmuşdur. Qeyd edək ki, jurnalın baş redaktoru Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, məsul redaktor isə r.e.d. […]
17/05/2022
Dünyanın əksər məktəblərində bütün tələbələr təxminən eyni proqramı oxuyurlar: dillər, riyaziyyat, tarix, fizika, kimya və s. kimi elmi fənlər. Lakin bəzi təhsil müəssisələrində təhlükəsiz şəkildə çox qeyri-adi və hətta unikal adlandırıla bilən kurslar və dərslər var. Bilirsinizmi ki, Londonda Beatles haqqında kurs var, Yaponiyada isə uşaqlara təbiəti sevməyi xüsusi dərslərdə öyrədirlər? Viskonsin Universitetində elf dilini […]
16/05/2022
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 26-29 may tarixlərində “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək. Bu barədə Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məlumat verib. O, elmi müəssisənin təqdim edəcəyi texnologiyaların neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol […]
16/05/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə, 14-15 may 2022-ci tarixlərində institutun bir qrup əməkdaşı Masallı rayonuna səfər ediblər. Səfər zamanı institutun əməkdaşları üçün turlar təşkil olunub. Tur çərçivəsində rayonun görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil olnunmuş, müxtəlif əyləncəli oyunlar keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/05/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA-da “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda keçirilən konfrans, akademik Arif Həşimovun […]