Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, dos. Əli Babayevin «Математические и логические труды Насиреддина Туси, научная новизна в этих работах» mövzusunda məruzə etmişdir

02.06.2022 tarixində Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun Peterburq filialında (POMİ)  keçirilmiş  “Riyaziyyatın tarixi” adlı  seminarda  “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri, dos. Əli Babayevin «Математические и логические труды Насиреддина Туси, научная новизна в этих работах» mövzusunda məruzə etmişdir. Seminarda iştirak etmiş Beynəlxalq Elm Tarixi Akademiyasının və Özbəkistan Respublikasının akademiki, f.-r.e.d., professor Q.P.Matviyevskaya, f.-r.e.d., […]

Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

İyunun 3-də Riyaziyyat və Mexanika İnstitutunda “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə təhsil alan II kurs magistrantı Rzayeva Vüsalə Bayazxan qızının magistrlik dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.  Müzakirədə şöbə müdiri və elmi rəhbər f.-r.e.d., prof. Lətif Talıblı, şöbənin digər əməkdaşları və təhsil şöbəsinin nümayəndəsi iştirak etmişdir. Magistrant yerinə yetirdiyi dissertasiya işini təqdimat vasitəsilə iclas iiştirakçılarının […]

Riyaziyyat və Mexanika İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb

İyunun 3-də AMEA-nın Riyaziyyat və Mexanika  İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb. Belə ki, müəssisənin “Maye, qaz və plazma mexanikası”, “Riyazi analiz” və “Diferensial tənliklər” ixtisasları üzrə I kurs magistrantları “Özlü Nyuton mayeləri”, “Hamar çoxobrazlılar nəzəriyyəsi”  fənnləri üzrə imtahanları verib və onların nəticələri fənn müəllimləri  AMEA-nın müxbir  üzvü Qeylani Pənahov və f-r.e.d., professor Məmməd […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 3 iyun 2022-ci il tarixində saat 1100-da dissertant Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin  müzakirəsi keçirilmişdir. İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademiyanın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib. Alim “TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Qeyd edib ki, bu mötəbər tədbir elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ […]

Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

01.06.2022-ci il tarixində İnstitutun “Maye,qaz və plazma mexanikası” ixtisası üzrə, təhsil alan II kurs magistrant Cəfərova Ülfət Faiq qızı tərəfindən yerinə yetirilmiş dissertasiya  işinin ilkin müzakirəsi “Maye və qaz mexanikası” şöbəsində iştirakı ilə keçirildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər