Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinin anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda  Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar institutun  Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin  təşkilatçığı ilə  faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru akademiyanın müxbir üzvü,  […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 23.02.2022-сi il tarixində saat 12:00-da dosent Mahir Əliqulu oğlu Mehdiyevin  «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan bərk cisim mexanikası» ixtisasında mexanika üzrə […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfərlərinə dair məlumat yer alıb. Bundan əlavə, nəşrdə AMEA-nın Ümumi yığıncağı, “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda keçirilən konfrans, Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının iclası, “Qırmızı kitab”ın […]

Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dosent İbrahimov Elman «Qeqenbauer kəsr maksimal operatorunun və onun kommutatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu» mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dosent İbrahimov Elman «Qeqenbauer kəsr maksimal operatorunun və onun kommutatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu» mövzusunda məruzə etdi. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal operatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu öyrənilir. Bundan əlavə […]

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edildi

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb. Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı […]

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların […]

Faydalı linklər