03/11/2021
05 Noyabr 2021-ci il saat 1100-da İnstitutun akt zalında İkinci Qarabağ Müharibəsində şanlı qələbənin il dönümünə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirə qoşulmaq üçün https://us05web.zoom.us/j/4420396236?pwd=ZG1vblIwSGI3cWF1ZUVZbjFiUkJ6UT09 linkinə daxil olmaq lazımdır. Meeting ID: 442 039 6236 Passcode: Ng32cz © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03/11/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 05 noyabr 2021-ci il tarixində saat 14:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi […]
03/11/2021
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında RMİ-nın elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə etdi. Məruzə elastik mühitlə əhatə olunmuş içi boş silindrin daxili səthinə təsir edən […]
03/11/2021
10 noyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında BDU-nun Ali riyaziyyat kafedrasının dosenti Sarvan Təhməz oğlu Huseynov «İkinci tərtib cirlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzə ikinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələrinə həsr olunmuşdur. Baxılan işdə müntəzəm cırlaşan […]
01/11/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 15 noyabr 2021-ci il tarixli iclasında saat 1100-da f-r.e.n. Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün https://us02web.zoom.us/j/85812325449?pwd=aFZXeHZKTVJ6REFzL3E2d2VrS1pqdz09 linkinə daxil olmaq lazımdır. […]
31/10/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 37-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakları barədə material yer alıb. Mətbu orqanın növbəti səhifələrində “Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü […]