Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Bilgəh (04.11-18.11— 180AZN), Bilgəh (19.11-03.12—180 AZN), Abşeron (20.10-03.11—150AZN), Abşeron (09.11-23.11 — 150AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  11 oktyabr 2021-ci il tarixində saat 1200 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda  1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Diferensial […]

ELAN

13  oktyabr  2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin  müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri”  şöbələrinin birgə iclasında  AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi 13 oktyabr 2021-ci il tarixində saat 1100-da İnstitutun akt zalında […]

AMEA prezidenti akademik Ramiz Mehdiyev müxbir üzv Misir Mərdanovu 75 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanı ilə təltif edib

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Misir Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, müxbir üzv Misir Mərdanovla görüşüb, […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 34-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair imzalanmış saziş, “Nizami Gəncəvi irsi və təbiət” […]

Faydalı linklər